MTN-nin ”GESTAPO” İDARƏSİNİN ŞOK SİRLƏRİ - Eldar Mahmudovun ”kəsən qılıncı” kimdi?
Eldar Mahmudovun milli təhlükəsizlik naziri olduğu müddətdə qanunsuz əməllərini həyata keçirən komandası barədə məlumatlar bitmir. Nazirliyin daxili təhlükəsizliyin təmin edilməsi vəzifəsi olsa da, “Təmiz əməkdaşları qaralayan rüşvətxorluq İdarəsi” kimi tanınan Qədir adlı keçmiş DİN əməkdaşının rəhbərlik etdiyi İnspektorluq Baş idarəsinin çirkin əmməlləri barədə məlumat daxil olub. Qədir Əkbərov E.Mahmudova digərlərinə nisbətən çox yaxınlığı onunla seçilirdi ki, onun rəhbərlik etdiyi və nazirlikdə son illər qəddarlığı və amansızlığına görə “qestapo” adlandırılan bu idarənin yazısına pozu yox idi. Əgər hansısa əsasən MTN-in rayon, şəhər şöbə və idarələrinin rəisi Qədirin və onun əməkdaşlarının haqqını vaxtında verməyəndə, bu idarə həmin əməkdaşın “məhv edilməsi”, işdən qovulması planını hazırlayırdı. Qısa müddətdə əməkdaşın işdən qovulması üçün yazdıqları şər-böhtan xarakterli məruzədəki təklifə Eldar Mahmudov heç vaxt etiraz etmirdi. Əkbərov və onun bəzi əməkdaşlarının MTN-də əsas məqsədi nəyin bahasına olursa olsun pul qazanmaq və varlanmaq olub. Onun əsas işi 70-dən yuxarı olan MTN-in şəhər və rayon İdarə və şöbələrinin rəislərini və müavinlərini haqqa otuzdurmaqdan ibarətdir. Əgər rayon rəisləri hesabatın sonunda, əsas bayramlarda, məzuniyyətə çıxanda və ad günündə Qədirə haqq çatdırmasalar, həmin rayonun rəisinin vəziyyəti qısa müddət ərzində çox pisləşirdi. Belə ki, Qədir dərhal “baş kəsən” əməkdaşlarına həmin rayonun fəaliyyətini yoxlamağı tapşırırdı. Sonda da həmin rayon rəisi haqqında 99,9 faiz böhtan yazaraq onu vəzifəsində aşağı pillələrə keçməsini təmin edirdi. Bu acınacaqlı vəziyyətə düşməmək üçün bütün rayon və şəhər rəisləri Qədirin və onun əməkdaşlarının haqqını vaxtında çatdırırdılar. Ona görə də rayon rəisləri MTN-in qarşısında duran vəzifələrin icrasını həyata keçirmək əvəzinə yalnız İnspektorluq Baş İdarəsinin haqqını vaxtında çatdırmaq haqqında düşünub və bunun üçün qeyri-qanuni yollara əl ataraq pul toplamaq məcburiyyətində qalıbdır. Həmin peşəkarları təmizləmək lazım gələndə Qədir Əkbərov tabeliyində olan özü kimi millətin təhlükəsizliyini öz maddi mənafelərinə dəyişən bəzi əməkdaşlarının əli ilə pul verməyən, lakin xalqına, dövlətinə sədaqətli olan peşəkar zabitləri ləkələyərək işdən çıxmaları üçün özü niyyətində olan əməkdaşlarını göndərərək həmin kadrın fəaliiyətini yoxlatdırırdı. Qədirə rüşvət verməyən peşəkar zabitlər barədə müxtəlif böhtan xarakterli nəticələr yazmaqla nazir E.Mahmudova məruzə edirdi. E.Mahmudovda toplanmış materialları, əsasən də yoxlanılmış zabitin izahatını oxumadan (Qədirin yazdığı və E.Mahmudova məruzə etdiyi yekun sənəd, yoxladığı əməkdaşın fəaliyyəti və yazdığı izahatı ilə heç vaxt üzst-üstə düşmür) onların yazdıqları təklifə əsasən həmin əməkdaşı işdən qovurdu. Qədirin yoxladığı hansısa ciddi səhvlərə yol vermiş və işdən xaric olması vacib olan əməkdaş 20-45 min ABŞ dolları verdikdən sonra E.Mahmudova məruzə etdiyi sənəddə onun əməlini minimuma endirərək həmin əməkdaşa xidmətini davam etdirməklə yüngül cəza olan , “töhmət” vermək təklifi ilə yoxlamanı yekunlaşdırır. Amma Namiq Abbasovun vaxtında isə nadir hallarda hansısa peşəkar haqqında ciddi məlumat daxil olduqda nazir İnspektorluq Baş İdarəsinə əməkdaşın yoxlanılmasını tapşırardı. İdarə obyektiv yoxlama keçirdikdən sonra nazirə məruzə etdikdən sonra əməkdaşın izahatındakılarla yekun sənəddə müəyyən uyğunsuzluğu görəndə nazir məsələni kollegiya islasına çıxarıb orada həm yoxlayan idarənin rəisini, həmdə yoxlanılmış əməkdaşı dinləyib yekun rəyə gəlirdi.
Məlumatda deyilir ki, həmin idarə pul verməyən peşəkar əməkdaşları böyük həvəslə yoxlayaraq 99,9 faiz böhtan yazaraq işdən çıxarılmalarını təmin edib. Eldar Mahmudovun komdasınında ona ən yaxın olanlardan biri, DİN-dən özü ilə MTN-ə gətirmiş, buna görədə 2004-cü ilin avqust ayından 2006-cı ilin martına kimi olan müddətdə E.Mahmudovun qəbul otağında əsas köməkçi vəzifəsini icra etmiş, 2006-cı ilin aprel ayından hal-hazıradək nazirliyin İnspektorluq Baş İdarəsinə rəhbərlik edən, Eldar Mahmudovun kəsən qılıncı, vural əli Qədir Əkbərov nazirliyi peşəkarlardan qaralamaqla təmizləməkdə ad qazanıb.
Məsələ ilə bağlı Q.Əkbərovun mövqeyini öyrənmək mümkün olmadı. (Criminal.az)