Azərbaycanda 10 min manat maaşa İŞÇİ AXTARILIR

Картинки по запросу Azərbaycanda 10 min manat maaşa İŞÇİ AXTARILIR

Ölkəmizdə bir çox ixtisaslar var ki, həmin sahələrdə yerli mütəxəssislər yoxdur. Bu sahələrin bəzisində əmək haqqı 5-10 min manat civarındadır.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əmək bazarının təhlili və statistika şöbəsinin müdiri İsa Həsənov deyib.

Onun sözlərinə görə, hazırda xidmətin informasiya bazasında 11 mindən çox vakant iş yerləri mövcuddur. O ehtiyac duyulan peşələr barədə də məlumat verib: “Dağlıq rayonlarda əsasən, həkim, müəllim, həmçinin kənd təsərrüfatı sahəsi üzrə də mütəxəssislərə-aqronomlar, baytar həkimlər, zootexniklər, istixanalarda – operator, çilingərlər üçün vakansiyalar var. Rayonlarda müasir diaqnostik mərkəzlər qurulur, yeni avadanlıqlarla işləyən mütəxəsislər, ürək cərrahiyyəsi ilə bağlı avadanlıqlara qulluq edən mühəndislər, əməyin təhlükəsizliyi, mühafizəsi üzrə mütəxəsislərə, marketoloqlara, əyləncə mərkəzlərində karuselçi və tornaçı ixtisaslarına ehtiyac duyulur. Neft sahəsi üzrə-rəqəmsal neft yataqları və kənardan idarəetmə, kompüter texnologiyaları mütəxəsisləri, xüsusən də veb və multimedia yaradıcılarına tələb var. Müasir avadanlıqlar üzrə mühəndislər, ənənəvi sahələrdə peşəkar fəhlələrə - qaynaqçı, çilingər, difizion qaynaqçılara, arqon qaynaqçılara, müasir innovasiyalı qaynaqçılara ehtiyac duyuruq”.İ.Həsənov onu da bildirib ki, bu gün bizdə bəzi sahələrdə yerli mütəxəssis olmadığına görə xaricilər cəlb edilir: “Xüsusən də, konsern məhsulları və mineral süfrə suları avadanlıqları üzrə çilingər peşəsinə bizdə hazırlıq yoxdur. Ona görə də bir çox hallarda xaricdən dəvət edirlər. Oxşar hal xüsusi dəyirman qurğuları üçün mexanik çilingərlərə, şərabçılıq və qırqırtma istehsalı texnologiyası üzrə mühəndis sahələrində də müşahidə olunur. Düzdür, ənənəvi şərabçılıqla bağlı mütəxəssislərimiz var,lakin onlar yeni texnologiya işləyə bilmir. Alternativ enerji mənbələri üzrə mühəndislər günümüzdə ehtiyac yaranan sahələrdir ki,bu sahədə ya xaricilər cəlb edilir, ya da bizim mütəxəssislər xaricə təcrübə keçmək üçün göndərilir. Bu sahələr üzrə təhsil müəssisələrində hazırlıq aparılmasına ehtiyac var”.Ölkəmizdə yetişdirilməyən və daha çox xaricilərin dəvət edilməsinə ehtiyac duyulan bu sahələrdə əmək haqqına gəlincə, İ.Həsənov bunun yüksək olduğunu deyir: “Bu sahələrdə əmək haqqı əsasən, 1000 manatdan başlayır. Məsələn, çap avandanlıqlarında çap makinalarına qulluq edən xüsusi mütəxəssislər olmalıdır. Həmin mütəxəsislər bizdə yoxdur, bir çox hallarda onlar çox yüksək əmək haqqı ilə Türkiyə, digər ölkələrdən dəvət edilir. Qulluğa görə əmək haqqı 5-10 min manat civarında olur. Həmçinin, mobil texnologiya sahəsində müxtəlif mühəndislərə ehtiyac duyulur, əsasən antenaların quraşdırılması, onların işinə nəzarət üçün mütəxəsislərə ehtiyac var. Onlar da yüksək əmək haqqı ilə xaricdən dəvət edilir. Çünki yerli mütəxəsislər yoxdur. Düzdür, bu gün yerli proqramçılar da yetişib, onlar dövlət və özəl müəssisələrdə 1000-2000 manat əmək haqqı ilə iş tapa bilirlər. Lakin daha çox yetişdirilmələrinə ehtiyac var, bu barədə Təhsil və İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq edirik. Ehtiyac duyulan dövlət sifarişli yerlər bizimlə də razılaşdırılır. Lakin bizdə əsas problem əmək bazarı pərakəndədir, vahid vakansiya bazası yoxdur.Əmək ehtiyatlarının öyrənilməsi və daha çox ehtiyac duyulan ixtisasları dəqiq araşdıra bilmirik”.






Fikirlər