Ramil Usubovdan ilin yarısını xaricdə olan rəislə bağlı əmr – TƏYİNAT
Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin keçmiş rəisi, polkovnik-leytenant Zaur Cəfərov yeni vəzifəyə təyin edilib. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Zaur Cəfərov Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində Axtarış şöbəsinin rəisi vəzifəsinə təyin olunub. O, artıq bir həftədir yeni işinin icrasına başlayıb.
Qeyd edək ki, Zaur Cəfərov ötən il Daxili İşlər nazirinin əmri ilə Səbail rayon DYP-nin rəisi vəzifəsindən azad edilmişdi. Buna səbəb isə araşdırma zamanı onun ilin yarıdan çoxunu xarici ölkələrdə olması faktının üzə çıxması idi.
Zaur Cəfərovun atası da daxili işlər orqanlarında yüksək vəzifə tutub.