Xalqı təhqir edən deputatın biznes siyahısı -VİDEO
Milli Məclisin deputatı Hüseynbala Mirələmov komik açıqlama ilə çıxış edib.
Millət vəkili adını qazanmış Mirələmov o qədər gülməli danışıb ki, “bişmiş toyuğun da gülməyi gəlir”.
Deputat ölkədəki iqtisadi böhranla bağlı maraqlı açıqlama ilə çıxış edib.
Millət vəkili “ATV xəbər”in müxbirinin “nəyə qənaət edirsiniz” sualına maraqlı cavab verib. Millət vəklinin dediklərini olduğu kimi təqdim edirik: “Ayağını yorğanına görə uzat. Azdır az ye, çoxdur çox ye. Adamlar var çörək yemir, ət yemir, balıq yemir ki, forma saxlasın. Çox yemək insanı tez qocaldır.
Bu gün bizim bir köməkçimiz var, vaxt olar ikisi olar, vaxt olar 3 köməkçimiz olar. Onu bizim iqtisadi vəziyyətimiz, biz də zaman özü diktə edəcək”.
Ölkədə kommunal xidmətlərin bahalaşması, manatın ucuzlaşması fonunda yaranmış sosial-iqtisadi problemlər ölkə mediasının əsas müzakirə mövzularından biridir. Son zamanlar hakim partiya funksionerlərinin çıxışlarında isə problemin həllinə dair çağırışlardan daha çox xalqa mesajlar verilir.
Sən demə, Azərbaycan xalqı çox yeyəndir və israfçıdır. Bunu əllərində bayraq edən bəzi deputstlar xalqı ayağını yorğanına görə uzatmağı, xərcləri azaltmağı tövsiyyə edir. Elələrindən biri də YAP Xətai Rayon Təşkilatının sədri, deputat dur. Bu şəxs Millət vəkili olmaqla yanaşı həm də qanunsuz bizneslə məşğuldur. Kifayyət qədər geniş maliyyə imkanlarına malik olan Hüseynbala Mirələmov xalqın böhrandan əziyyət çəkməməsi üçün məsləhət verir.
Xalqı arıqlamağa çağıran deputatın özünün çəkisi kifayyət qədər çoxdur. Ona görə də elə bu tövsiyyəyə birinci onun özü əməl etsə yaxşı olar.
Ölkə insanını isə düşündürən sadəcə gündəlik yaşam məsələsidir. Amma xalqın dərdinə şərik olmaq əvəzinə Mirələmov insanları təhqir edir, çox yeməkdə qınayır.
Qardaşı oğlunun qətl törətməsindən sonra deputat Hüseynbala Mirələmovun sahibi olduğu restoranın adı mətbuata məlum oldu.
Belə ki, deputatın qardaşı oğlu “1001 gecə” restoranında silahla bir nəfəri öldürüb, bir neçə nəfəri yaralamışdı. Bundan sonra H.Mirələmov mətbuata açıqlamasında həmin restoranın ona məxsus olduğunu təsdiqləmişdi.
Araşdırma nəticəsində məlum olub ki, Metal Konstruksiyalar Zavodu da Mirələmova məxsus imiş. Sadəcə olaraq millət vəkili olduğu üçün bu biznesini öz adına yox, bacısı uşaqlarının adına sənədləşdirib və oranın idarəolunmasını da məhz bacısı uşaqlarına həvalə edib.
Mətbuatın yazdığına görə, restoranla bərabər millət vəkilinin Xətai rayonu ərazisində bir neçə obyekti də var. Deputatın Səbail rayonu ərazisində də bir neçə iri müəssisəsi fəaliyyət göstərir. Daha dəqiq desək, MM üzvü həmin yerləri xarici şirkətlərə aylıq icarəyə verib.//politika.az