28.06.2014.- Bakıda 5 ton ətə görə 10 nəfər tutuldu - VİDEO
ANS TV-nin məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları paytaxtın Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində qanunsuz ət satışı ilə məşğul olan sex aşkar edib.
Əraziyə gələn Bakı Şəhər Baytarlıq İdarəsinin nüməyəndələri ətə baxış keçirib. Yararsız ət satan 10 nəfər, sexin sahibi Sərdar Şahverdiyev, onun işçiləri Sədaqət Bədəlov, Kamran Əliyev, Akif Həsənov, Telman Rəsulov, Fazil Osmanov, Pərviz Şahverdiyev, Fəxrəddin Yusifov, Binəli Osmanov və Səttar Cəfərov məsuliyyətə cəlb olunub.
Ətlər sexə avtomaşınların yük yerində, natəmiz şəkildə gətirilməklə yanaşı, antisanitar şəkildə saxlanılırmış. Ətdən nümunələr götürülərək Baytarlıq İdarəsinin Laboratoriyasına aparılıb. Ətin satışı ilə məşğul olan 10 nəfər barəsində qanunla tədbir görülüb, sexi isə bağlanılıb.