Deputatdan üzən məzənnə şərhi — "Hər şey asan DEYİL"

 Deputatdan üzən məzənnə şərhi — "Hər şey asan deyil"

Azərbaycanda tam liberal məzənnəyə keçmək o qədər də asan məsələ deyil.

Bunu millət vəkili Vahid Əhmədov Mərkəzi Bankın (MB) sədri Elman Rüstəmovun manatın 2017-ci ildə tam üzən məzənnəyə keçməsi ilə bağlı bəyanatını Ölkə.Az-a şərh edərkən deyib.

“Hələ ki, bu barədə fikirlər danışılır. Deməklə deyil ki! Deməklə, çox şey olar! Azərbaycanda tam liberal məzənnəyə keçmək o qədər də asan məsələ deyil. İndi 4 faizlik marja götürülüb. Bu müəyyən qədər “qara bazara” da təsir edəcək. Ancaq Mərkəzi Bankın də nəzarəti mütləq olacaq ki, bazarda problemlər yaranmasın. Birdən-birə tam üzən məzənnəyə keçmək çox ağır nəticələrə gətirib çıxara bilər. Dolların kəskin bahalaşması baş verə bilər”.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankında bank rəhbərləri ilə görüş keçirilib.

AMB rəhbərliyi tam üzən məzənnə rejiminə keçidə hazır olduğunu bankların diqqətinə çatdırıb.

Daha sonra isə banklar valyuta mübadilə əməliyyatlarının aparılması zamanı müəyyən olunmuş faiz dəhlizi, yəni marja (hazırda -/+4%) ləğv olunub və liberal məzənnəyə keçidlə bağlı mətbuatda məlumat yayılıb.






Fikirlər