"Məni intihar həddinə çatdırıblar" - Tanınmış müğənni nazirlərə MÜRACİƏT ETDİ

 

Müğənni Kərim Abbasov general polkovnik Ramil Usubov və Ədliyyə Naziri Fikrət Məmmədova açıq məktub ünvanlayıb.

Müğənni məktubunda aktrisa Mehriban Xanlarova tərəfindən hədələrə məruz qaldığını bildirib. O, hədələrdən intihar həddinə çatdığını da məktubunda qeyd edib. 

"Hörmətli nazirlər mən Azərbaycan respublikasının azad vətəndaşıyam. Amma bəzi adamların əlindən azad yaşaya bilmirəm. Mən hədə qorxulardan bezdim. Özümə qəsd dərəcəsinə çatdırıblar məni. Məhkəmənin mənə çıxardığı qərara əsasən bu Xanlarova Mehriban Aslan qızından üzür istədim. Amma bu qadın məni tutdurmaqla hədələyir. Mən başa düşmürəm ki, bu qadın aktrisadı yoxsa qanun? Bu insan gör necə özünə arxayındır ki, səbəbi olmadan "Səni tutduracam",-deyir. Məhkəmə yoluyla bütün qərarları öz istədiyi kimi çaıxartdırır. Mənim Azərbaycan Respublikasında bəlli bir nüfuzum var. Bu insan mənim nüfuzu yerə vurmaq istəyir. Axı niyə? Kim bu qdına ixtiyar verib? Mən bütün dövlət tədbirlərində fəal iştirak edən adamam. Cənab prezidentimiz İlham Əliyevin bütün seçki kompaniyalarında fəal iştirak edən sənətçiyəm. Mən indiyənə kimi Azərbaycan respublikasının qanun çərçivəsində yaşayan bir vətəndaş olmuşam. Amma bu qadının əlindən yaşaya bilmirəm. Mənə kömək etməyiniz rica edirəm. Mehriban Xanlarovanın etdiyi monarxiyaya son qoymağınızı xahiş edirəm".(baku.ws)






Fikirlər