DEPUTATDAN ŞOK: Dolların ucuzlaşması müvəqqəti haldır – 1 DOLLAR 2 MANAT…
“Manatın bahalaşması ölkədə baş verən müəyyən iqtisadi problemlərin həlli ilə əlaqədardır”. Bu sözləri açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib. Onun sözlərinə görə, Mərkəzi Bank manatın ucuzlaşması ilə bağlı yumşaq devalvasiya prinsipini həyata keçirir. Bu düzgün siyasətdir. Bu proses axıra qədər davam etdirilib. Mərkəzi Bankın tələb-təklifə uyğun olaraq manatın bazarda öz həqiqi qiymətini tapmasına qədər davam etdirilməli idi. Lakin birdən- birə siyasət dəyişdi və belə bir addım atıldı. Bu da görünür ki, ölkədəki müəyyən problemlərin həlli üçün vacib idi. “Hesab edirəm ki, manat bazarda həqiqi dəyərini almalıdır. Bunun üçün müəyyən vaxt lazımdır. Cənab Prezidentin imzaladığı Yol Xəritəsində də 2017-ci ildə manatın “tam üzən məzənnə” siyasətinə keçməsi nəzərdə tutulub. Bu yəqin ki baş verəcək. Əlbəttə ki, manatın bahalaşması müvəqqəti hal daşıyır. Çünki manatın möhkəmlənməsi üçün bunun arxasında müəyyən məqamlar olmalıdır. Məsələn, tələb, təklif, ixrac, idxal əməliyyatları və neftin qiyməti….Amma bu vaxt tələb edən məsələlərdir. Ona görə də hesab edirəm ki, dolların ucuzlaşması müvəqqəti haldır. Müəyyən müddətdən sonra yenidən manatın ucuzlaşması, dolların bahalaşması hadisəsi baş verəcək. Millət vəkili bildirib ki manatın ümumi dəyəri 1 dollar 2 manat səviyyəsinə çatmışdı. Milli valyuta həmin səviyyəyə yenə qalxacaq: Ola bilər ki, həmin rəqəmdən bir az aşağı və yuxarı səviyyədə dayansın. Manatın məzənnəsi ölkədə gedən iqtisadi proseslərdən, neftin qiymətindən, tələb-təklifdən, idxal ixrac əməliyyatlarının hansı istiqamətdə davam etməsindən asılıdr. Sadaladığım 3 təklif əsasında manat öz yerini tapacaq”. sonxeber.az