14.08.2014- "3 ton"-a görə Bakıda məxfi toplantı
Komissiyadan Modern.az saytına bildirilib ki, iclasda cari ilin iyul ayının 11-də Gürcüstan Respublikası Daxili İşlər Nazirliyinin ölkədə külli miqdarda (2.800 litrə yaxın yuyucu maddədə həll edilmiş 588 kq 885 qr heroin, 11 kq 759 qr morfin və 2 kq 201 qr kodein) narkotik maddənin saxlanılması və bu narkotik maddənin Azərbaycan Respublikası ərazisindən tranzit olaraq keçməsi barədə olan ilkin məlumat üzrə aidiyyəti orqanlar tərəfindən aparılan araşdırmanın nəticələri müzakirə edilib. Toplantıda araşdırmanın davam etdirilməsi, görülən işlər barədə Dövlət Komissiyasının mütəmadi olaraq məlumatlandırılması barədə müvafiq tapşırıqlar verilib.
İclasda qeyd edilən məsələnin Azərbaycan Respublikası Prezidentinin gündəlik nəzarətində olduğu vurğulanıb.
Xatırladaq ki, Gürcüstan hüquq-mühafizə orqanlarının bundan öncə yaydığı məlumatda bildirilmişdi ki, araşdırma nəticəsində məlum olub ki, yük maşını Gürcüstana Azərbaycan sərhədindən daxil olub və Gürcüstan-Türkiyə sərhədinə doğru gedirmiş. İlkin nəticələrə görə narkotik maddənin tərkibi 80% təmiz heroindən ibarətdir.