Əflatun Amaşov Ombudsmandan NARAZLIQ ETDİ

Əflatun Amaşov Ombudsmandan narazılıq etdi

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) mətbuat üzrə fəaliyyətindən narazılığını bildirib.

APA-nın məlumatına görə, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Ombudsmanın 2016-cı il üzrə illik məruzəsinin müzakirəsi zamanı Ə. Amaşov bildirib ki, bir müddət əvvəl Media Ombudsmanı yaradılaraq Ombudsmanın səlahiyyətinə verilib: “Təəssüf ki, bu institut özünü doğrultmadı”.

Onun fikrincə, ötənilki məruzədə media üzrə müraciətlərin olmaması sübut edir ki, Media Ombudsmanı ilə bağlı əməli iş görülməyib: “Ombudmanımızı ən fəal, ən demokratik qurumlarımızdan biri kimi dəyərləndirdəm də, media ilə bağlı sahədən çox narazıyam”.

Komitə sədri Bahar Muradova isə bildirib ki, Media Ombudsmanı sahəsi ilə bağlı hər hansı çatışmazlıq varsa, bunun məsuliyyəti tək Ombudsmanın deyil, media tərəfinin, o cümlədən Mətbuat Şurasının da də üzərindədir.

AzerTaym.az






Fikirlər