İsmayıl Əsədova yüksək VƏZİFƏ VERİLDİ
Daxil İşlər naziri Ramil Usubov DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə yeni rəis müavini təyin edib. "AzerTaym.az" axar.az -a istinadən xəbər verir ki, nazirin sərəncamına əsasən, bu vəzifə polis polkovniki İsmayıl Əsədova həvalə edilib. Xatırladaq ki, bir qədər öncə Ramil Usubov İsmayıl Əsədovun Kürdəmir Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad olunması ilə bağlı sərəncam imzalamışdı. İ. Əsədov, tez-tez iş yeri dəyişdirilən rəis kimi tanınır. Belə ki, o, Kürdəmirdən əvvəl Nərimanova təyin olunmuş və bir ay sonra vəzifədən azad edilmişdi. Ondan əvvəl isə Sabunçunun rəisi olan Əsədov sözügedən rayonda qohumlarının çox olduğunu əsas gətirərək yerinin dəyişdirilməsini nazir Ramil Usubovdan istəmişdi və istəyi nəzərə alınmışdı.