10.09.2014- Müəllimlər MÜƏLLİMİ!

10.09.2014- Müəllimlər MÜƏLLİMİ!TƏCRÜBƏLİ RƏHBƏR, yorulmaz İCTİMAİ XADİM,QAYĞIKEŞ İNSANIN portretindən cizgilər…

Müdrik olmaq asandır və ya çətin? Bir insan eyni zamanda ikisindən də ola bilərmi?
Müdriklik - bu bir müəyyən qanun deyil, bu dünyanı və həyatı qəbul etmək qabiliyyətidi.

Müdriklik - bu heç kəsin sonradan öyrənərək özünə tətbiq edəcəyi bir nəsnə deyi, bu istedaddır. Bu o deməkdir ki, həmin şəxsə çətin dəqiqələrdə müraciət etmək olar, o, istənilən sitiuasiyada sizi daim dəstəkləyə və məsləhət verə bilir, onunla dünya daha parlaq,daha maraqlı olur, o danışanda isə problemlər və çətinliklər öz-özünə “əriyərək yoxa çıxır” sanki…


Bütün dövrlərdə belə istedadlı və müdrik insanlar olub və bütün sivilizasiyalar öz inkişafına görə məhz onlara borcludur. Bu baxımdan ölkəmizin inkişaf və tərəqqisində də əvəzolunmaz rola malik olan şəxsiyyətlər kifayət qədərdir. Onları tanımaq, gənc nəslə tanıtmaq isə hər birimizin ümdə vəzifələrindəndir. Məhz belə böyük şəxsiyyətlərin işığı yetişməkdə olan nəslin həyat yoluna istiqamət verə, onlara düzgün yönü göstərə bilər.

Belə parlaq və ziyalı şəxsiyyətlərimizdən biri isə Azərbaycan Müəllimlər İnstitunun direktoru,millət vəkili "Şöhrət" ordenli Aqiyə xanım Naxçıvanlıdır.

Müəllimlər müəlliminin “uğur düsturu”

Aqiyə xanım uzun illərdir ki, respublikada nüfuzlu təhsil ocaqlarından birinə rəhbərlik edir. Qüsursuz idarəçiliyi, çox yüksək təşkilatçılıq qabiliyyəti sayəsində rəhbərlik etdiyi Azərbaycan Müəllimlər İnstitutu bu gün sayılıb-seçilən təhsil ocaqlarımızdandır. Gənc pedoqoq müəllimlərin hazırlanmasında üzərinə düşən missiyanı layiqincə yerinə yetirən bu təhsil ocağını bitirən minlərlə şəxs hazırda ölkənin ən müxtəlif şəhər və rayonlarında çalışır. Bu təhsil ocağının məzunları çalışdıqları hər yerdə özlərinin yüksək savadı və intellektual səviyyələri ilə seçilməkdədir. Bu isə heç şübhəsiz ki, təhsil aldıqları Azərbaycan Müəllimlər İnstitutunun rəhbərliyinin, xüsusilə təhsil ocağının direktoru Aqiyə xanımın gərgin əməyinin bəhrəsidir. Elə bu məqamı nəzərə alaraq onu Müəllimlər Müəllimi adlandırmaq daha doğru olar.

İdarəçilikdə sərt və barışmaz olan Aqiyə xanım tələbələrinə qarşı olduqca qayğıkeş münasibəti ilə fərqlənir.

10.09.2014- Müəllimlər MÜƏLLİMİ!

Onun tələbələrinin hər bir probleminə anlayışla yanaşması, onların həlli istiqamətində əlindən gələn əsirgəməməsinə dair onlarla fakt göstərmək olar. Şəxsi imkanlarıyla nisbətən az təminatlı tələbələrə daim dəstək olan Aqiyə xanım elə bu xüsusiyyətlərinə görə də tələbələri arasında çox böyük nüfuza sahibdir. İstər rəhbər, istərsə də insan kimi çox yüksək məziyyətlərə sahib olan Aqiyə xanımın çoxları üçün sirli qalan “uğur düsturu” elə bəlkə bundan ibarətdir? Amma səbəbin nə olmasından asılı olmayaraq fakt bundan ibarətdir ki,Aqiyyə xanım həm pedoqoji, həm ictimai fəaliyyətində heç zaman sıradan biri olmağa əsla razı olmayıb,harda olubsa işə ürəklə yanaşıb və bu xüsusiyyət artıq onun İCTİMAİ XADİM obrazını müəyənləşdirib.

Aqiyə xanım azsaylı millət vəkillərindəndir ki,seçiciləri ilə sıx-sıx görüşlər keçirir,təmsil etdiyi 117 saylı OĞUZ-QƏBƏLƏ seçki dairəsinin seçiciləri iləmüntəzəm olaraq görüşlər keçirir,onların hər birini ayrı-ayrılıqda qəbul edərək problemlərini dinləyir,qaldırılan məsələlərin yerindəcə həll edilməsi üçün əlindən gələni əsirgəmir.

Əslində bu və ya digər məqamları xatırlatmamaq da olardı.Onsuz da ölkə ictimaiyyəti Aqiyə xanımın dövlətinə və millətinə bağlı olan dəyərli şəxsiyyət olduğunu bilir.Sadəcə olaraq bütün bunlar, məlum həqiqətlərii qəsdən "unudanlar" üçün yaddaş dərsi idi.

Biz isə sondaMüəllimlər müəllimi” adlandırdığımız Aqiyə xanıma möhkəm can sağlığı,bu yeni dərs ilində və gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!

Yaxşı ki, sizin kimi böyük insanlar hələ də var,Aqiyə xanım!






Fikirlər