“AKKORD”DAN “NORTH WEST”Ə TRANSFER olunan ELÇİN BƏDƏLOV

“AKKORD”DAN “NORTH WEST”Ə TRANSFER OLUNAN ELÇİN BƏDƏLOV

İlqar Hacıyevin dostu Elçin Bədəlovla bağlı nələr dedi

Şirkətin bir departamentində 20 milyon manata yaxın yeyinti aşkarlanıb
Elçin Bədəlovla bağlı ölkə mətbuatında yazılar səngimək bilmir. 365info.az saytı Elçin Bədəlovla bağlı silsilə yazılar dərc edir. Hətta bu yazılardan sonra 365info saytının redaksiyasına “Akkord” şirkətlər qrupunun səhmdarlarından biri olan İlqar Hacıyevin dostu Natiq adlı şəxs zəng edib bir çox maraqlı məlumatlar söylədi:
“365info saytında gedən yazıları oxuyuram. Həmin yazıları demək olar ki, “Akkord”un bütün kollektivi də oxuyur. İlqar Hacıyevin adından da sizə təşəkkürümüzü bildiririk. Yaxşı ki,bu barədə yazırsınız və ölkə ictimaiyyəti kimin-kim olduğunu bilir. Məhz İlqar Hacıyev 2013- cü ildə “Akkord”a yenidən qayıdandan sonra Elçin Bədəlov vəzifədən çıxarılıb. Çünki, “Akkord”u bu günə salan Elçin Bədəlov və onun dəstəsi olub. Hətta bu barədə ölkə mətbuatı 2014 -ci ildə çox yazıb. Sonradan biz eşitdik ki, o “NORTH WEST” şirkətinin rəhbəri hörmətli Hacı İbrahim Manaflını dilə tutaraq həmin şirkətə icraçı direktor vəzifəsinə təyin olunub. Və mən heç şübhə etmirəm ki, bir müddətdən sonra “NORTH WEST” şirkətini də “Akkord”un acı taleyi gözləyəcək, çünki, “NORTH WEST”ə indi Elçin Bədəlov rəhbərlik edir. Sizin yazdıqlarınızdan bildim ki, o indi “NORTH WEST”də oturaraq “Akkord”a “NORTH WEST”in layihələrindən verir ki, “Akkord” vəziyyətdən çıxış yolu tapsın. Ancaq başa düşmür ki, elə “Akkord”u bu günə salan o və onun dəstəsi olub.”
İlqar Hacıyevin yaxın dostu kimi özünü bizə təqdim edən Natiq adlı şəxsin bizə dediklərindən sonra biz də 2014 -ci ilə ekskurs etdik. Və ölkə mətbuatında Elçin Bədəlovla bağlı rast gəldiyimiz məlumatları təqdim edirik.
“Akkord” şirkətində şok korrupsiya faktları barədə ölkə mətbuatına hələ 2014 -ci ildə məlumat daxil olmuşdur. Məlumat verən mənbə bildirir ki, 2013-cü ilin oktyabrından şirkətdə işlər qismən dayanıb. Nəticədə maaşların verilməsində fasilələr yaranıb. Belə ki, Elçin Bədəlovun adı ”Akkord”da baş vermiş çoxsaylı maliyyə yeyintilərində əsas fiqur olaraq çəkilirdi. Şirkətin direktoru Elçin Bədəlovu işdən çıxarmaq adi məsələ deyil. Bu göstərişi “Akkord”un əsas səhmdarı sayılan İlqar Hacıyev vermişdi. İlqar Hacıyev 2010-cu ildən “Akkord”dan ayrılsa da, əsas səhmdar kimi qalırdı və Almaniyada “Akkord”un nümayəndəliyində otururdu. Onun qayıtması və şirkətdə təmizləmə aparması səbəbsiz deyildi”.
Məlumatda qeyd edilir ki, Elçin Bədəlovun “Akkord”a rəhbərlik etdiyi son üç ildə şirkət Azərbaycan Beynəlxalq Bankından yarım milyard manatdan çox kredit götürərək bölgələrdə müxtəlif layihələr başlayıb. Bildirilir ki, bankdan götürülən kredit Elçin Bədəlov, su-kanalizasiya departamentinin rəhbəri Fariz Cəmili və istehsalat departamentinin direktoru Kamil Hüseynov tərəfindən mənimsənilib. Kreditlərin qaytarılması məsələsi gündəmə gələndə şirkət çətin vəziyyətə düşüb.
“Krediti qaytarmaq lazımdır, pul isə yoxdur. Kreditin qaytarılmamasını görən Beynəlxalq Bank rəhbərliyi üz tutur bankın əsl sahiblərinə. Bunlar isə çox qüdrətli insanlardır və kim olduqlarını xatırlatmağa ehtiyac yoxdur.
Məhz bu qüdrətli əlin köməyi ilə ”Akkord”un əsas səhmdarı İlqar Hacıyev Almaniyadan gətirilib və ona şirkəti bu günə salmış adamları təmizləmək tapşırığı verilib”,- deyə məlumatda qeyd edilir.
Qeyd edilir ki, yoxlamalar ilk olaraq kreditin ən çox mənimsənildiyi su-kanalizasiya və istehsalat departamentlərində başlayıb və külli miqdarda yeyinti faktları aşkarlanıb. Təsəvvür edin ki, su-kanalizasiya departamentinin təkcə Şəmkir layihəsinin anbarında 300 min manatlıq material əskikliyi aşkar edilib. Ümumilikdə isə departamentdə 20 milyon manata yaxın yeyinti aşkar edilib.
Yoxlamalar təkcə “Akkord”un Audit Departamenti tərəfindən deyil, həm də kənardan dəvət olunmuş audit şirkəti tərəfindən aparılırdı”.
Məlumatda bildirilir ki, Fariz Cəmilinin “Akkord”un bu günə düşməsində “xidmətləri” çoxdur. Belə ki, onun özünün AGE adlı ayrıca şirkəti var və tunel tikintisi ilə məşğuldur. O şirkətin sifarişlərini ayrı-ayrı subpodrat şirkətlərə satıb: “Şəmkir layihəsinin anbarında dəyəri 75 min avro olan aparatın, çəkisi tonlarla ölçülən armaturun, PVC və dəmir boruların yoxa çıxması da aparılan yoxlamalar zamanı aşkar edilib. Yeyintilərə görə cinayət işi açılıb və cinayət işi Korrupsiyaya Qarşı Mübarizə İdarəsindədir. Hazırda Su Kanalizasiya Departamentinin Sabirabad, Cəlilabad, Ağstafa və Şəmkir layihələrində işçilər ixtisara salınıb. Hər layihədə 4-5 nəfər qalıb. Bir sual verən yoxdur ki, yaxşı bəs ”Akkord”un öhdəsinə götürdüyü layihələri kim işləyəcək?”
Mənbə bildirir ki, audit yoxlamalarından sonra Elçin Bədəlov, təhqiqat departamentinin direktoru Şahin Məmmədov, su-kanalizasiya departamentinin direktoru Fariz Cəmili, infrastruktur departamentinin direktoru İlqar Budaqov, kadrlar departamentinin direktoru Səbinə Feyzova işdən çıxarılıblar: “Ancaq indi yenə də şirkətdə kütləvi şəkildə ixtisarlar gedir. Şirkətdə ikili rəhbərlik sistemi mövcuddur. Elçin Bədəlov gedəndən sonra şirkətə Göksəl Aybək rəhbərlik edir və o, ancaq öz həmvətənlərini müxtəlif vəzifələrə irəli çəkməklə məşğuldur.
Şirkətin Zığ qəsəbəsində yerləşən İnfrastruktur Departamentinə Hüseyn Gümüş adlı təzə direktor gəlib və gələn gündən azərbaycanlı işçilərin 95 faizini ixtisara salıb. Hazırda bu vəziyyət davam edir və nə ilə qurtaracağı bəlli deyil”.
Apardığmız araşdırmalar nəticəsində bəlli oldu ki, hazırda “Akkord” şirkətlər qrupunun baş direktoru vəzifəsinə təyin olan şəxs elə 2013 -cü ildə Elçin Bədəlovun dəstəsinin fəal üzvü, “Akkord”un istehsalat departamentinin direktoru Kamil Hüseynovdur.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.






Fikirlər