“Azərpoçt”un şöbə rəisi İŞDƏN ÇIXARILDI
“Azərpoçt” MMC-nin əməliyyat şöbəsinin rəisi vəzifəsindən azad edilib. “Report” xəbər verir ki, qurumdan bu məlumat təsdiq edilib.
Vəzifəsindən azad edilən Fərid Hüseynovun yerinə hələ heç bir təyinat yoxdur.
Qeyd edək ki, F.Hüseynov 2012-ci ilin fevral ayından "Azərpoçt" MMC-nin əməliyyatlar şöbəsinin rəisi vəzifəsində çalışıb.