Rus səfirdən icra başçısına müəmmalı məktub (FOTO)

Rus səfirdən icra başçısına müəmmalı məktub

Prezident İlham Əliyevin İmişli rayon icra başçısı Vilyam Hacıyevi 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif etməsinə çox mötəbər və müəmmalı bir ünvandan təbrik məktubu gəlib.

AzerTaym.az vizual.az-a istinadla verdiyi məlumata görə, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin İmişli RİH-nin başçısı V.Hacıyevə təbrik məktubu ünvanlayıb.

Bu məktub İmişli RİH-nin rəsmi saytında da yerləşdirilib və bir neçə KİV-də yayımlanıb. Lakin rus səfirin bir icra başçısını təbrik eləməsi zərurətinin nədən irəli gəldiyi, Doroxinlə Hacıyevi hansı tellər bağladığı müəmma olaraq qalır.

Azərbaycanda bu günədək icra başçılarına "Şöhrət” ordeni də verilib, "Vətənə xidmət”ordeni də. Məsələn, bu yaxınlarda Beyləqanın icra başçısı da təltif olunmuşdu.

Ancaq Rusiyanın Bakıdakı səfiri heç birini təbrik etməyib. Maraqlıdır ki, məhz İmişli icra başçısına təbrik məktubu göndərməsi nə ilə əlaqədardır?Rusiya kimi bir dövlətin səfirini hansısa bir rayon rəhbərinə təbrik mesajının sirri nədədir? Bu suallar ətrafında aparılan araşdırmalar V.Hacıyevin Rusiyada biznesinin olması faktlarını da üzə çıxarmayıb.






Fikirlər