Nazir Yavər Camalovun oğlu dəfn olundu - BİZNESMEN İMİŞ

Türkiyədə dünyasını dəyişən müdafiə sənayesi naziri Yavər Camalovun oğlu Rövşən Camalov bu gün Bakıda dəfn olunub.

AzerTaym.az AzVision.az-a istinadən xəbər verir ki, mərhumun cənazəsi Şüvəlanda Mir Möhsün Ağa ziyarətgahının yaxınlığında yerləşən qəbiristanlıqda torpağa tapşırılıb. 
Dəfn mərasimində dövlət rəsmiləri, deputatlar, ailəyə yaxın şəxslər iştirak ediblər. 
Nazir oğlunun yas mərasimi Heydər Məscidində keçiriləcək.
Qeyd edək ki, 44 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişən R.Camalovun iki övladı yadigar qalıb. 
****
Xəbər verdiyimiz kimi, ötən gün müdafiə sənayesi naziri Yavər Camalovun oğlu Rövşən Camalov Türkiyədə özəl xəstəxanaların birində dünyasını dəyişib.
AzerTaym.az xəbər verir ki, "Qafqazinfo” nazir oğlunun vəfatı ilə bağlı bəzi məlumatları əldə edib. R. Camalov uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkirmiş. 
Nazir oğlunun həyatını xilas etmək mümkün olmayıb. Nəticədə ötən gün Türkiyədəki xəstəxanaların birində dünyasını dəyişib.
44 yaşlı Camalov dövlət sektorunda çalışmayıb. Onun Bakıda özəl biznesi olub. Ailəlidir.

 






Fikirlər