Dini liderlər Brüsselə gedir – Siyahıda ŞEYXİN ADI YOXDUR
Avropa İttifaqının Bakı Nümayəndəliyi gələn həftə Azərbaycandakı dini konfessiyaların lider və nümayəndələrinin Brüsselə səfərini təşkil edəcək. Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, səfərdə 7 dini konfessiya lideri iştirak edəcək. Səfər 25-28 sentyabrda baş tutacaq. AzVision.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə din xadimlərinin səfərində iştirak etməyəcək. Onun əvəzinə Brüsselə müavini Hacı Fuad Nurullayev gedəcək. Brüsselə gedəcək nümayəndə heyətinin tərkibi: Hacı Fuad Nurullayev – Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, Bakı İslam Universitetinin dekanı Ceyhun Rüstəmov – İlahiyyat məscidinin imamı Aleksandr Şarkovski – Yəhudi icmasının sədri Elnur Əfəndiyev – Rus Provoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Rasim Xəlilov – “Həyat Sözü” protestant dini icmasının başçısı Siyavuş Heydərov – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Nicat Məmmədli – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici Əlaqələr şöbəsinin müdiri