25.04.2014. - Şeyx dini icma rəhbərlərini ABŞ-a aparır.

25.04.2014. -  Şeyx dini icma rəhbərlərini ABŞ-a aparır.Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 29-30-da "ABŞ - Azərbaycan Konvensiyası: Gələcəyə Baxış" mövzusunda keçiriləcək tədbirdə iştirak etmək üçün Vaşinqtona səfərə gedəcək.

"AzerTaym.az" saytı azvision.az-a istinadən verir ki, o, Azərbaycandakı dini konfenssiya rəhbərlərinin Provoslav icmanın rəhbəri Arxiyepiskop İşeyin, Dağ Yəhudiləri icmasının başçısı melih YevdayevKatolik icmanın ordinarisi Vladimir Fekerenin daxil olduğü nümayəndə heyəti tədbirin "Dialoqun möhkəmləndirilməsi - tolerantlığın təşviq olunması" mövzusunda IV sessiyasında iştirak edəcək.

Sessiyanın panel iclasında QMİ sədri A.Paşazadə Azərbaycanda mövcud tolerantlıq mühiti barədə məruzə edəcək.






Fikirlər