15.03.2014. - Şeyx radikallara xəbərdarlıq etdi - (VİDEO)

15.03.2014. -   Şeyx radikallara xəbərdarlıq etdi - (VİDEO)Suriyada gedən müharibələrə sonradan fərqli ölkələrdən, o cümlədən Azərbaycandan da çoxlu sayda döyüşçülər qatıldı.

Azərbaycanlıların digər ölkələrdəki münaqişələrə qatılması isə ölkə içində ciddi narahatlıq yaradıb. Bu narahatlıq ölkənin dövlət adamlarından tutmuş, din xadimlərinədək hər kəsi düşündürür. Ölkənin şimal-qərb bölgəsində dindarlarla görüşən Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin Şəkidəki görüşü də bu məcrada olub. O, radikallara xəbərdarlıq edib.

Şeyxin bu gün baş cəkdiyi ilk məkan Şəki “Cümə məscidi” olub. Bu isə təsadüfi deyil. İndiyə qədər 200-dən çox hafizin yetişdiyi “Cümə məscidi” bölgənin əsas dini mərkəzlərindən hesab edilir. Müqəddəs Quranı ilk dəfə təfsir edən Fərəcullah Pişnamazzadənin də Şəkidə yaşadığını deyən Hacı Allahşükür Paşazadə bu gün də dini düzgün təbliğ etmək , insanları radikal meyillərdən çəkindirmək üçün savadlı din xadimlərinə ehtiyac olduğunu bildirib.

Şeyxülislam radikal formada dini təbliğ edənlərə qarşı birlikdə mübarizə aparımalı olduğunu söyləyib:
“Bəzi yerlərdə sələfi deyilən vəhhabi təriqətindən çıxanlar, hətta nurçular, ya şiə eksterimisləri, ya da sünnilər, fərqi yoxdur o adamlar ki, bu gün radikal formada dini təbliğ edirsə, məzhəbindən asılı olmayaraq, biz onlara qarşı getməliyik”.







Fikirlər