Vasif Talıbov təhsil problemlərindən danışdı

Vasif Talıbov təhsil problemlərindən danışdı

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin səddri təhsilin səviyyəsindən narazı olduğunu bildirib. 

“Qafqazinfo” xəbər verir ki, bu haqda o Naxçıvan Muxtar Respublikasının ali və orta ixtisas təhsili məktəblərinə tələbə qəbulunun vəziyyəti və qarşıda duran vəzifələr barədə keçirdiyi müşavirədə danışıb. V. Talıbov bildirib ki, bu gün istər ali, istərsə də orta ixtisas məktəbləri ən müasir təhsil şəraitinə malikdirlər. Naxçıvan Müəllimlər İnstitutu üçün isə yeni tədris korpusu inşa olunur. Ali və orta ixtisas təhsili məktəblərinin normal fəaliyyətləri üçün bütün şərait yaradılıb: “Lakin yaradılan şəraitdən səmərəli istifadə olunmur. Əgər 2016-cı ildə məzunlarımızın 1853 nəfəri, yaxud 90,4 faizi muxtar respublikadakı ali və orta ixtisas təhsili məktəblərini seçmişdirsə, 2017-ci ildə 1782 nəfəri, yaxud 87,2 faizi muxtar respublika ali və orta ixtisas təhsili məktəblərini seçib. 

Artıq 3 ildir ki, ali və orta ixtisas təhsili məktəblərinin elmi dərəcəli müəllimlərinin ümumtəhsil məktəblərində nümunəvi dərsləri təşkil edilir. Bu, şagird seçimini tənzimləmək üçün də əlavə imkandır. 

2017-2018-ci tədris ili üçün keçirilən qəbul imtahanında muxtar respublikanın ali və orta ixtisas təhsili məktəblərində 16 ixtisas üzrə qəbul 50 faizdən aşağı olub, ümumilikdə isə tələbə qəbulu üzrə plan yerlərinin 13 faizi boş qalıb”. 

V. Talıbov deyib ki, hər il xarici ölkələrin məktəbləri muxtar respublikadan olan məzunları müxtəlif vədlərlə öz ölkələrində təhsilə cəlb edirlər: “Təəssüf ki, o məktəblərin təyinatı və təhsil səviyyəsi barədə məzunlarımızda kifayət qədər məlumat olmur. Bu məktəblərlə müqayisədə daha yüksək təhsil və sosial şəraitə malik olan muxtar respublika ali məktəblərinin rəhbərləri isə xarici ölkələrdən tələbə təşviqi məsələsində gözləmə mövqeyində dayanırlar. Nəzərə almaq lazımdır ki, əcnəbi vətəndaşların muxtar respublikanın təhsil müəssisələrində təhsil almaları üçün ən müasir təhsil standartları və şərait mövcuddur. Əcnəbi tələbələrin ali təhsil müəssisəsində təhsil alması bir tərəfdən bu təhsil müəssisəsi üçün əlavə maliyyə dəstəyidirsə, digər tərəfdən Naxçı- vanın tanıdılmasına və məktəbin reytinqinə də öz təsirini göstərir. Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti və Nax- çıvan Müəllimlər İnstitutu bu sahədə fəaliyyətlərini gücləndirməli, əcnəbi tələbələrin təhsil müəssisələrinə cəlbi istiqamətində zəruri işlər görməlidirlər”.






Fikirlər