Kapital Bank təqaüdçülər üçün TƏLİMLƏR KEÇİRİB

Xəbər verdiyimiz kimi, Kapital Bank1 oktyabr – Beynəlxalq AhıllarGünü münasibətiləsosial layihə həyata keçirir. Layihə zamanı ölkənin bir sıra şəhərlərində, “Üçüncü Bahar” sosial layihəsi çərçivəsindətəqaüdçülər üçün maliyyə savadlığı tədbirləri keçirilib.

AzərTaym.az xəbər verir ki, Bakıda, İsmayıllıda, Gəncədə və Lənkəranda keçirilən tədbirlər zamanı, Kapital Bank-ın mətbuat katibi Pərviz Sədrəddinov tərəfindən “Ödəniş kartlarından istifadə vətəhlükəsizlik qaydaları” mövzusunda təlim keçirilib. Təlim materiallarında pensiya kartları, bankomat, PİN kod, POS terminal barədə ətraflı məlumat verilib. Həmçinin kart itirildikdə, oğurlandıqda, bankomatda qaldıqda nə etmək lazım olduğu izah olunub.

 Qeyd edək ki, Kapital Bank sosial yönümlü fəaliyyətinə uyğun olaraq gələcəkdə də bu kimi tədbirlərin keçirəcəyiniplanlaşdırılır.

 Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 






Fikirlər