SABAH İcra Komitəsinin rəhbəri ADU tələbələri İLƏ GÖRÜŞÜB
Noyabrın 16-də Azərbaycan Dillər Universitetinin (ADU) SABAH qruplarında təhsil alan tələbələrin SABAH İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə ilə görüşü olub. SABAH İcra Komitəsinin rəhbəri ADU tələbələri ilə mütəmadi olaraq görüşlərin keçiriləcəyini və bu görüşlərdə SABAH qruplarında təhsil alan tələbələri maraqlandıran müxtəlif mövzulara toxunulacağını qeyd edib: “İlk olaraq SABAH qruplarında xüsusi rəqabətli oxumağa meylli mühit yaradılıb, eyni zamanda ən yüksək təqaüd sistemi də məhz bu qruplarda təhsil alan tələbələrə şamil olunur.Bu görüşün təşkil olunmasının əsas məqsədi tələbələrlə birbaşa ünsiyyət yaratmaq və onların maraq dairəsində olan suallara cavab verməkdir”. SABAH qruplarının uğurlarından bəhs edən Ş.Seyidzadə tələbələri xaricdə və ölkəmizdə magistraturaya qəbul qaydaları və yeni layihələr barədə məlumatlandırıb. Eyni zamanda, SABAH layihəsində gözlənilən yeniliklər barədə tələbələrə məlumat verən Ş.Seyidzadə onları maraqlandıran sualları cavablandırıb.