Yeni ildə 5 gün TƏTİL OLACAQ
2018-ci ildə Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri məlum olub. “AzerTaym” APA-ya istinadən xəbər verir ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü, 1, 2 yanvar - Yeni il bayramı qeyri-iş günüdür. 31 dekabr bazar gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 3 yanvar qeyri-iş günü olacaq.
Beləliklə, Yeni il bayramı ilə əlaqədar 5 gün ardıcıl (30 dekabr - şənbə günü, 31 dekabr, 1, 2, 3 yanvar) iş olmayacaq.