Səbaildə KİTAB təqdimatı OLUB
Səbail rayonunda keçirilən tarix konfranslarının yekunu olaraq «Heydər Əliyev və Azərbaycan tarixi» adlı kitabin artıq ikinci cildi işıq üzü görüb. Bu gün rayondakı 6 №-li məktəb-liseydə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ümumrayon konfrans və kitabın təqdimatı keçirilib. İH-dən “AzerTaym”a daxil olan xəbərə görə, məktəb-liseyin direktoru Gülşən Orucova Heydər Əliyevin Azərbaycan tarixində özünə məxsus yer tutduğunu bildirərək onun tariximizin dərindən öyrənilməsi və təbliği ilə bağlı gördüyü işlərdən, bu kitabın gələcək nəslin tərbiyəsi və maarifləndirilməsi istiqamətindəki rolundan danışıb. Təqdimat mərasimdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov prezident İlham Əliyevin məzunu olduğu bu məktəbin belə konfranslarının təşəbbüskarı olduğunun təqdirəlayiq hal kimi qeyd edib. O bildirib ki Azərbaycanın tarixinin dərindən öyrənilməsi, məktəblilər arasında tarixə olan marağın artırılması məqsədi daşıyan tarix konfranslarinda Səbail rayonunun orta məktəblərinin 300-dən çox şagirdi Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid məqalələrlə çıxışlar edib, sonda Səbail RİH tərəfindən şagirdlərin hazırladıqları məqalələrdən seçilən 47 işin toplandığı “Heydər Əliyev və Azərbaycan tarixi” adlı kitabın 2-ci cildi hazırlanıb. Bu kitabın nəşri həm də şagirdlərimizin gələcəkdə tariximizi daha dərindən öyrənmələrinə, onun ayrı-ayrı dövrlərinin araşdırılmalarına marağı artıracaq. Digər çıxışlarda gələcəkdə də bu seriyadan olan yeni kitabların çap olunacağı qeyd olunub.