Qazax Rayon Məhkəməsində AXCP sədrinin müavini Gözəl Bayramlının barəsində olan cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"AzerTaym.az"-ın "Report"a istinadən xəbərinə görə, hakim Ağarza Səmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında G.Bayramlının 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses davam etdiriləcək.
Rəsmi məlumata əsasən, G.Bayramlı 25 may 2017-ci il tarixdə saat 22 radələrində Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd-nəzarət buraxılış məntəqəsində saxlanılıb.
Özünü şübhəli apardığına görə, onun əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb.
İlkin araşdırmalarla G.Bayramlı 24 may 2017-ci il tarixdə Azərbaycandan Gürcüstana gedərkən üzərində bəyan edilməli olan nağd pul vəsaiti olması müəyyən edilməyib.
O, Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham edilir.
15:54
***
Məhkəmə kollegiyasının hökmü ilə Gözəl Bayramlı 3 il müddətinə azadlıqdan məhrum edilib.