Uşaqlarla bağlı yeni qanun layihəsi – KOMİTƏ SƏDRİ məlumat verdi

“Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında” yeni qanun layihəsi hazırlanıb.

Modern.az-ın məlumatına görə, bu barədə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı məlumat verib.

Deputat bildirib ki, yeni qanun layihəsinə Prezident Administrasiyasında baxılır.

“Qanun layihəsi müvafiq qurumlarda da baxıldıqdan sonra Milli Məclisə daxil olacaq. Biz keçən il də bununla bağlı ictimai dinləmələr keçirdik. Bu il də bu qanun layihəsi ətrafında ictimai dinləmələr keçiriləcək”.

 






Fikirlər