MƏTBUAT ŞURASI SEÇKİLƏRLƏ bağlı MƏLUMAT YAYDI
"Saat 08.00-dan 19.00-dək olan müddətdə Prezident seçkilərində peşə fəaliyyətini yerinə yetirən jurnalistlərlə bağlı hər hansı insident qeydə alınmayıb." Bu barədə AzerTaym.az-a Mətbuat Şurasından məlumat daxil olub. Məlumatda bildirilir ki, ötən zaman kəsiyində Azərbaycan Mətbuat Şurasının “qaynar xətt”inə cəmi 1 müraciət daxil olub. “İnter.az” telekanalının müxbiri Səbuhi Vaqifoğlunun Sumqayıtda seçki prosesini işıqlandırarkən üzləşdiyi anlaşılmazlıq aradan qaldırılıb. Səsvermə müddətində seçki məntəqələrində monitorinq aparan Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri də jurnalistlərin prosesi işıqlandırmalarında hər hansı maneə qeydə almayıblar. Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov 19 saylı Nərimanov birinci, 20 saylı Nərimanov ikinci, 21 saylı Nəsimi birinci, 41 saylı Sumqayıt birinci və 42 saylı Sumqayıt ikinci, Şuranın İdarə Heyətinin üzvləri - “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə 15 saylı Yasamal birinci və 14 saylı Xəzər, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov 33 saylı Xətai, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu və “Teleqraf holdinq”in rəhbəri Aynur Camalqızı 20 saylı Nərimanov ikinci, “APA holdinq”in rəhbəri Vüsalə Mahirqızı və “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev 26 saylı Sabunçu birinci, Milli Məclisin deputatı Aqil Abbas 29 saylı Səbail, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid 45 saylı Abşeron, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu 9 saylı Binəqədi birinci, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin rəhbəri İlham İsmayılov 45 saylı Abşeron, Milli Məclisin deputatı Cavanşir Feyziyev 22 saylı Nəsimi ikinci, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət 33 saylı Xətai birinci və 34 saylı Xətai ikinci, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli 16 saylı Yasamal ikinci, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı 15 saylı Yasamal birinci və 16 saylı Yasamal ikinci, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev 34 saylı Xətai ikinci, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli 30 saylı Suraxanı birinci, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli 29 saylı Səbail, “Azadinform” İnformasiya Agentliyinin direktoru Niyaz Niftiyev 10 saylı Binəqədi üçüncü, “Bakinski raboçi” qəzetinin baş redaktoru Rəhman Hacıyev 23 saylı Nəsimi-Səbail, “Milli.az” xəbər portalının baş redaktoru Anar İmanov 29 saylı Səbail, “Cümhuriyyət” qəzetinin baş redaktoru Rafail Becanov 41 saylı Sumqayıt birinci seçki dairələrinə daxil olan məntəqələrdə seçkinin gedişini izləyiblər. Onlar seçki məntəqələrində jurnalistlərə peşə vəzifələrinin icrası üçün hər cür şəraitin yaradıldığını vurğulayıblar. Qeyd edək ki, Mətbuat Şurasının İdarə Heyətinin üzvləri həmçinin olduqları məntəqələrdə yüksək seçici fəallığını, beynəlxalq və yerli müşahidəçilərə də hər cür şəraitin yaradıldığını qeydə alıblar.