BU ŞƏXSLƏRƏ 10 MİLYON MANAT VERİLƏCƏK

Bu şəxslərə 10 milyon manat veriləcək

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti bu ilin sonuna qədər fermerlərə 10 mln. manat vəsait ayıracaq.

 "AzerTaym.az" "Report"a istinadən xəbər verir ki, bu barədə qurumun rəisi Mirzə Əliyev məlumat verib.

"Kənd təsərrüfatı istehsalçılarının maliyyə resurslarına çıxışının asanlaşdırılması əsas hədəflərimizdəndir və bu hədəfi əsas tutaraq ilin sonuna qədər fermerlərə ilkin mərhələdə 10 mln. manatın ayrılması haqqında qərar qəbul etdik. Bu məqsədlə bu gün ölkənin aparıcı bankları, ölkənin bütün regionlarını əhatə edən filial şəbəksinə malik kredit təşkilatları ilə niyyət protokolları imzaladıq.

Kreditlərin minimum məbləği 1 000 manat, maksimum məbləği isə 200 min manat olacaq. İllik faiz dərəcəsi 7%-i keçməyəcək. Bütün bunlar rəqabətə davamlı fermer təsərrüfatlarının yaranmasına imkan verəcək", - o qeyd edib.

Xidmət rəisinin sözlərinə görə, fermerlərdən güzəştli kredit almaq üçün tələb olunan sənədlərin sayı 15-dən 5-ə endirilib. Hazırda müxətlif dölət qurumları ilə girov mexanizlərinin hazırlanması üzərində iş gedir: "Müvəkkil kredit təşkilatları kimi əsasən bankları seçmişik. Kreditlər bank təhlili əsasında veriləcək. Ancaq bununla işimizi məhdudlaşdırmırıq. Müxtəlif dövlət qurumları ilə girov mexanizlərinin hazırlanması üzərində işləyirik. Beynəlxalq təcrübədən istifadə edərək yeni mexanizmlərin tətbiqinə çalışacağıq".






Fikirlər