NİZAMİ RAYONUNDA bayram TƏDBİR KEÇİRİLİB - FOTOLAR

Nizami rayonunda bayram tədbiri keçirilib

Dünən “Qayğı” Sağlam Nəsil Naminə İctimai Birliyinin və YAP Nizami Rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.

AzerTaym.az xəbər verir ki, tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Qənirə Paşayeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, “Qayğı” Sağlam Nəsil Naminə İctimai Birliyinin sədri Sevinc Abdullayeva tədbirdə iştirak edən uşaqları və onların valideynlərini 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edərək bildiriblər ki, ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlmiş, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eyni zamanda, uşaqların intellektual inkişafına, onların vətənpərvərlik, milli-mənəvi dəyərlərin qorunması və tolerantlıq ruhunda tərbiyə edilməsinə də xüsusi diqqət yetirildiyini vurğulayıblar. Natiqlər çıxışlarında öz ürək sözlərini bildirərək, daun sindromlu uşaqların timsalında, gələcəyimizi təmsil edən hər bir uşağı təbrik edib, onlara daim sevgi və nəvazişin əhatəsində olmağı arzulayıblar.

Tədbirdə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin hazırladığı bir-birindən maraqlı çıxışlar yer alıb. Bununla yanaşı, müğənni Ədalət Şükürov və Sevda Yəhyayeva öz mahnıları ilə uşaqları sevindirib. Sonda uşaqlara hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

 

 



 






Fikirlər