Tofiq Yaqublunun qızı torpağa tapşırıldı..

"Yeni Müsavat"-ın məlumatına görə, dəfn mərasimində yüzlərlə insan iştirak edib. Onların arasında milli-azadlıq hərəkatının liderləri, iştirakçıları, tanınmış simalar da olub. Mərhum Nərgizin dostları, gənclər təşkilatlarındakı yoldaşları onun üçün transparant hazırlayıblar: "Sən bizim solmayan gülümüz, NƏRGİZİMİZSƏN".





