Qara Tofiq siyasi fəaliyyətini harda davam etdirəcək?

Qara Tofiq siyasi fəaliyyətini harda davam etdirəcək? Bir müddət əvvəl Müsavat Partiyasından istefa verən Tofiq Hüseynlinin fəaliyyətini bundan sonra hansı siyasi partiyada davam etdirəcəyi maraq mövzusudur.

AXCP-yə keçdiklərini bəyan edən küçmiş müsavatçılar arasında Tofiq Hüseynlinin adı yoxdur. Partiyanın Tovuz rayon təşkilatını sədr müavini olmuş Əsəd Məmmədlinin sözlərinə görə, Tofiq Hüseynli AXCP-yə keçmək barədə müraciət etməyib.

Tofiq Hüseynli isə İnterpress.az-a bildirib ki, bundan sonra fəaliyyətini heç bir syasi partiyada davam etdirmək niyyətində deyil: “Mən bəyan etmək istəyirəm ki, Müsavat Partiyasından istefa verməyimin səbəbi Arif Hacılının başqan seçilməsi deyildi. Doğrudur, mən düşünürdüm ki, Qubad İbadoğlunun rəhbərliyində Müsavat Partiyasa daha yaxşı inkişaf edə bilər, güclənər. Ancaq istefamın səbəbi qətiyyən Arif Hacılının başqan seçilməsi ilə bağlı olmayıb. Mənim istefamın tamam başqa səbəbi var və hələlik mən bu səbəblə bağlı danışmaq istəmirəm. O ki qaldı siyasi mənsubiyyətimə, mən Milli Şuranın üzvüyəm və faəliyətimi orada davam etdirirəm. Heç bir siyasi partiyanın üzvü olmaq niyyətim yoxdur”.






Fikirlər