Arif Hacılıdan Rauf Arifoğlu-AXCP davasına - REAKSİYA
AzNews.az-a açıqlamasında Arif Hacılı “Yeni Müsavat” qəzetinin Müsavat partiyasından heç bir asılılığı olmadığını bildirib: “Qəzetin siyasətini onun baş redaktoru və kollektivi müəyyənləşdirir. Amma qəzetin əməkdaşlarının əksəriyyəti Müsavat partiyasının üzvləridir. Bu qəzetdə partiyanın təəssübkeşləri də çoxdur”.
A.Hacılının fikirincə, mətbuat orqanı hamını və həmişə qane edə bilməz: “Onun belə bir missiyası da yoxdur. “Yeni Müsavat” partiyanın siyasətini yürütmək öhdəliyini götürən bir qəzet deyil. Yaxşı olardı ki, Müsavatın dostları, opponentləri də “Yeni Müsavat” qəzetinə bu cür, öz kollektivinin iradəsini həyata keçirən bir qəzet kimi yanaşsın. Ümumiyyətlə, Müsavat Azərbaycanın aparıcı siyasi təşkilatı olduğu üçün siyasi sahədə baş verən hər hansı ciddi gəlişmələrin bu partiyaya aidiyyatı olmaya bilməz”.