“Yeni Müsavat” 25 yaşını qeyd edir
APA-nın xəbərinə görə, qəzet 1989-cu il noyabrın 7-də “Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyası”nın mətbu orqanı kimi yaradılıb. Qəzetin qurucusu indiki baş redaktor Rauf Arifoğludur. Qəzetin ilk sayı 1989-cu il noyabrın 10-da dərc olunub. Qəzet 1989-91-ci illər ərzində “samizdat” üsulu ilə çıxıb, əsasən Gəncədə və Bakıda yayılıb.
1993-cü ilin mart ayından qəzetin təsisçiliyini Müsavat Partiyasının başqanı İsa Qəmbər öz üzərinə götürüb. 2009-cu il noyabrın 8-də İsa Qəmbər qəzetin 20 illik yubileyində təsisçiliyi Rauf Arifoğluna təhvil verib. 2011-ci il dekabrın 22-də qəzetin 5000-ci sayı işıq üzü görüb.
AzerTaym.az olaraq biz də, qəzetin qurucusu Rauf Arifoğlu başda olmaqla, bütün “Yeni Müsavat”çıları təbrik edirik.