Rauf Arifoğlu: “Bu bizim üçün cidd problem yaradır”
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu prezidentə köşklərdə qəzet satışına yaradılan əngəllər barədə məlumat verdikdən sonra, qəzet köşklərində vəziyyət bir qədər müsbətə doğru dəyişdi.
Maraqlıdır, “Yeni Müsavat” qəzetinin baş redaktorunun prezidentə müraciətindən sonra qəzetin tirajında hər-hansısa bir artım nəzərə çarpdımı?
Bundan əlavə maliyyə durumu heç də ürəkaçan olmayan qəzet bayram tətili dövründə nə qədər maddi ziyana uğradı?
Bu barədə saytımıza açıqlama verən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu problemlərinin qismən həll olunduğunu bildirdi:
“Prezidentə mürəciətdən sonra, qəzetin gündəlik satışında 700-800 nüsxə artım baş verib. Amma metroda qəzet satışı ilə bağlı problemimiz hələ də həll olunmayıb. Bu bizim üçün ciddi problem yaradır. Biz metropolitendə ay ərzində 45 min qəzet satırdıq.”
Baş redaktor həmçinin bayram tətili günlərində qəzetə böyük ziyan dəydiyini də bildirdi:
“Bayram tətilində qəzetimizin 5 gün işıq üzü görməməsi bizim maddi vəziyyətimizi daha da ağırlaşdırdı. Dəyən maddi ziyanın məğləği isə ayın sonunda məlum olacaq.”