NIZAMI rayonunda QURBAN BAYRAMI sovqatları paylanılıb

Dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə 11 avqust 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ənənəvi olaraq qurbanlar kəsilib və rayonda Böyük Vətən müharibəsi iştirakçılarına, Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid ailələri üzvlərinə, ağsaqqallara, imkansız və aztəminatlı ailələrə, ümumilikdə iki minə yaxın  ailəyə qurban payı paylanılıb.

"AzerTaym.az" bildirir ki,Nizami Rayon İcra Hakimiyyətində davam edən tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova aztəminatlı ailələrlə görüşüb, onları bayram münasibətilə təbrik edib. Müqəddəs bayramlardan sayılan Qurban bayramının insanları mərhəmətə və mənəvi saflığa ruhlandıran dəyərli adət-ənənələrdən biri olduğunu söyləyib və bu bayramın bütün müsəlman ölkələrində qeyd olunduğu kimi, Azərbaycanda da müstəqillik əldə edildikdən sonra dövlət səviyyəsində bayram edildiyini diqqətə çatdırıb.

G.İsrafilova hər il ölkəmizdə böyük təntənə ilə keçirilən Qurban mərasimlərinin cəmiyyətimizdə bərabərlik və dözümlülük ovqatını daha da gücləndirdiyini, milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının parlaq təcəssümünə çevrildiyini qeyd edib.

Tədbirdə iştirak edən aztəminatlı ailələr dövlət başçısına və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

 






Fikirlər