Bakıda daha bir həkim SƏHLƏNKARLIĞI: 16 yaşlı yeniyetmə özəl klinikada burun əməliyyatı zamanı ÖLDÜ

Bakıda daha bir həkim SƏHLƏNKARLIĞI: 16 yaşlı yeniyetmə özəl klinikada burun əməliyyatı zamanı ÖLDÜ

Bakıda özəl klinikalardan birində rinoplastika (burun estetik əməliyyatı) nəticəsində növbəti ölüm faktı qeydə alınıb.

"AzerTaym.az" xəbər verir ki, bunu Oxu.Az-a Yasamal rayon Polis İdarəsindən bildiriblər.

Məlum olub ki, hadisə Kazım Kazımzadə küçəsində yerləşən "Uniklinika"da baş verib. Burada avqustun 13-ü saat 19:00-da əməliyyat zamanı 2003-cü il təvəllüdlü paytaxt sakini Xurşudov Mirəhməd Ağasəf oğlu ölüb.

Hazırda Yasamal rayon prokurorluğu faktla bağlı araşdırma aparır.

Həmin klinika ilə əlaqə saxlasaq da, əməkdaşlar məlumat verməkdən imtina etdilər.

Xatırladaq ki, 2018-ci ilin martında "StarMed" klinikasında burun əməliyyatı zamanı Azərbaycan Maliyyə-İqtisad Kollecinin 18 yaşlı tələbəsi Mürsəlova Leyla Namiq qızı ölmüşdü.






Fikirlər