“Parabank”ın 200 minlik ev qalmaqalı – Nazirlik hərəkətə keçdi (Sənəd)

“Parabank”ın 200 minlik ev qalmaqalı – Nazirlik hərəkətə keçdi (Sənəd)“Parabank” tərəfindən evi əlindən alınan qadının şikayəti Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən nəzarətə götürülüb.

AzNews.az xəbər verir ki, bu barədə Tamella Mahmudovanın Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə müraciətinə cavab olaraq göndərilən məktubda bildirilib. T.Mahmudovanın sözlərinə görə, Departamentin rəis müavini, baş ədliyyə müşaviri Mahir Hümbətovun adından göndərilən məktubda bildirilib ki, müraciətə baxılıb. Daha sonra qeyd olunur ki, vergi ilə bağlı qeyd edilən məsələ həmin cəmiyyətdə aparılacaq vergi nəzarəti tədbirləri zamanı nəzərə alınacaq.

Onu da bildirək ki, “Parabank” ASC tərəfindən yol verilən qanun pozuntuları ilə bağlı apelyasiya şikayəti həm də Bakı Apellyasiya Məhkəməsi tərəfindən icraata götürülüb. İşə hakim Aygün Abdullayevanın sədrliyi ilə baxılacaq.
“Parabank”ın 200 minlik ev qalmaqalı – Nazirlik hərəkətə keçdi (Sənəd)
Qeyd edək ki, “Parabank” Tamella Mahmudovanın Xəzər rayonunda yerləşən və hazırda maya dəyəri təxminən 200 min dollar civarında olan evini fırıldaqla, tamamiylə qanunsuz yollarla əlindən alaraq onu küçələrə salıb. İndi o, evsiz-eşiksiz, acınacaqlı vəziyyətdə küçələrdə qalıb. Hansı ki, məhkəmə T.Mahmudovanın xeyrinə qərar çıxarıb. Qərara görə, ev təcili şəkildə boşaldılmalı və yiyəsinə qaytarılmalıdır. Ancaq “Parabank” yalnız müştərilərinin haqqlarını, hüquqlarını deyil, dövlət qanunlarını, qanunların aliliyini belə taptalamağa davam edir.

Hazırda zərəçəkmişin evində qanunsuz şəkildə yaşayan İlqar adlı şəxs də məhkəmə qərarına baxmayaraq, evdən çıxmaq üçün evin qanuni sahibəsindən 200 min manat pul tələb edir.

Şikayətçinin sözlərinə görə, evinə girən şəxs onu hədələyir, “Parabank” rəhbərliyinin ona məhkəmə qərarını dəyişdirəcəkləri barədə söz verdiklərini deyir.






Fikirlər