“Parabank” da bağlana bilər - 40 milyonluq dələduzluğa görə

“Parabank” da bağlana bilər - 40 milyonluq dələduzluğa görəParabank”da Vergilər Nazirliyi və Mərkəzi Bank böyük yoxlamalara başlayıb.

"AzerTaym.az" bildirir ki,AzNews.az-ın əldə etdiyi məlumata görə, yoxlamalar nəticəsində milyonlarla vəsaitin vergidən yayındırılması, daxil olmalarla bağlı sənədlərin saxtalaşdırılması və başqa cinayət əməlləri aşkarlanıb. Bildirilir ki, nöqsanlar o həddədir ki, bankın fəaliyyəti hər an dayandırıla bilər.

Araşdırmalara “Kia Motors Az” MMC-nin dövlətdən gizlətdiyi 40 milyon manatı “Parabank”ın Nəsimi filialında qeyri-qanuni şəkildə saxlamasının aşkarlanmasından sonra start verilib.

Elə buna görə də “Parabank” rəhbərliyi ilə “Kia Motors Az” MMC-nin faktiki rəhbəri Səxavət Səfərovun dostluq münasibətləri düşmənçilik həddinə çatıb.

Qeyd edək ki, “Parabank”ın Nəsimi filialana “Kia Motors Az” MMC-nin faktiki rəhbəri Səxavət Səfərovun oğlu Əşrəf Səfərov rəhbərlik edir.

Saytımızda daha öncə “Kia Motors Az”-ın dövlətdən 40 milyona yaxın pul gizlətdiyi və pulları “Parabank”ın “Nəsimi” filialında qeyri-qanuni şəkildə saxladığı, həmçinin bununla bağlı bir çox cinayət hadisələrinin törədilməsi, eləcə də bir nəfərin müəmmalı şəkildə ölümü ilə bağlı məlumatlar verilmişdi.

Məlumatlarda bildirilirdi ki, “Parabank”da “Kia Motors Az” MMC-nin hesabatlarında yer almayan vəsaitləri saxlanılır. Həmin pullardan pul köçürmələrində istifadə olunub, tanış adamlara iri məbləğdə kredit kimi verilərək dövriyyəyə buraxılıb. Yəni bu pul, eləcə də ondan əldə edilən gəlirlər dövlətdən gizlədilib. S.Səfərovun bankdakı etibarlı şəxsi Fərhad Abbasov isə həmin məbləğin 1 milyon manata yaxınını gizli yolla götürərək xərcləyib və 2012-ci ilin yayında müəmmalı şəkildə ölüb.

Məhs bu müəmmalı ölümdən sonra 40 milyonluq dələduzluq ifşa olunub, "Kia Motors Az” MMC-də cinayət işi başladılıb, onun rəhbəri Səxavət Səfərovun digər obyekt və müəssisələrində isə ciddi yoxlamalara start verilib.






Fikirlər