“Parabank” müştəriləri necə tora salır? – İDDİALAR

“Parabank” müştəriləri necə tora salır? – İDDİALAR Banklar vətəndaşları asanlıqla tora salmağı bacarırlar. Bu banklardan biri də ölkəmizdə fəaliyyət göstərən "Parabank"dır.

"Parabank" müştərilərin məlumatsızlığından istifadə edərək onları asanlıqla tora salmağı bacarır.

Kredit götürənlərə ətraflı məlumat verilmədiyindən vətəndaşlar krediti götürəndən sonra ayılır ki, kredit borcu ona neçəyə başa gəldi. Lakin artıq gec olur. Vətəndaş artıq krediti götürərəkən müxtəlif sənədlərə qol çəkərək krediti şərtləriylə razı olduğunu bildirmiş hesab olunur. Ona görə də hara müraciət etsə belə, heç bir şey əldə edə bilməyəcək. Reklamlar vasitəsilə daha çox vətəndaşları aldadırlar.

Amerikada, Böyük Britaniyada, Şərqi və Qərbi Avropa ölkələrində də belə bir qanun var. Qanunun əsas məqsədi istehlak krediti alan müştərinin hüquqlarını qorumaqdır.

Burda müqavilənin şərtlərinin müəyyən edilməsindən tutmuş, reklam məlumatlarının əhaliyə çatdırılmasına qədər məsələlər öz əksini tapır. Bu gün biz banka kredit almağa getdikdə, bank müqavilə təklif edir. Orada bankın öz hüquqları geniş şəkildə göstərilsə də, müştəri hüquqları çox məhdud çərçivədə göstərilir. Yəni, müqavilə bankın öz istəyinə uyğun şəkildə tərtib olunur. Halbuki, müqavilə tərtib olunanda istehlakçı hüquqları nəzərə alınmalı idi.
Bundan başqa "Parabank"ın təqdim etdiyi kredit faizlərinin kifayət qədər yüksək olması bir yana, kreditlərin verilməsi zamanı müştərilərdən tələb olunan şapka da həddən artıq çox olur. Sonda da vətəndaş pulu ödəməkdə çətinlik çəkir.
Hətta şapka tələb edərkən vətəndaşlara iqtisadi terminlərdən istifadə edərək elə başa salırlar ki, vətəndaş heç nə anlamır. Lakin pula ehtiyacı olduğundan sanki gözünü yumub pulu götürür.
Maraqlı məqam ondadır ki, bu "prosedur qaydaları" bir çox hallarda müştəriyə öncədən izah edilmir. Yəni müştəri yalnız iş-işdən keçdikdən sonra əlavə xərcə düşdüyündən xəbər tutur.

Bəlkə də bu "prosedur qaydaları" müştəriyə əvvəlcədən izah edilsəydi və o sonda hansı məbləğ alacağını bilsəydi, yəqin bu boyda yükün altına girməzdi. Onsuz da "Parabank"a üz tutan vətəndaşlar bu gün kreditlərə görə yüksək faiz ödəyir.
Faizlərin yüksək olduğu halda belə, böyük rəqəmli komisyon haqları müştərilərin banka münasibətinə daha bir zərbə vurur. Odur ki, banklarla, əsasən də "Parabank"ın baş ofisi ilə müqavilə bağlayarkən şərtləri diqqətlə oxumaq lazımdır.
Mümkündürsə vətəndaşlar hüququ bilən və bank qayda-qanunundan xəbəri olan insanların köməkliyi ilə adıçəkilən filiala müraciət etsinlər. (gündelikbakı.com)






Fikirlər