"Masazırda 1100 evin köçürülməsinə ehtiyac yoxdur"

  

 

 

Abid Şərifov: "Şəkidə zəlzələnin nəticələrinin aradan qaldırılmasına ilkin olaraq milyon manat ayrılıb"

"Masazırda əksəriyyətiüçün müvafiq razılıq alınmadan bitum yatağı üzərində 1990-cı illərdəfərdi evlər tikilibSöhbət 1100 evdən gedir".

Bunu baş nazirin müavini Abid Şərifov deyib. A.Şərifov bildirib ki, ərazidə araşdırmalar davam edir: "Azərbaycan Milli Elmlər Akademiyası orada bitum yatağının olduğunu bildirir, amma bizdə bununla bağlı konkret məlumat yoxdur. Konkret olan odur ki, orada qaz sızmaları olub, bir evdə partlayış baş verib, insan tələfatı olmayıb, evə ziyan dəyib. Həmin ev bərpa olunub. Belə halların qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyinin xətti ilə tədbirlər görülüb. Mən bir neçə dəfə SOCAR, AMEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerli icra hakimiyyəti orqanlarının əməkdaşları ilə ərazidə olmuşam, hansı işlər görülməsi ilə bağlı rəyə gəlmişik. Birinci növbədə 1100 evin zirzəmisində nəfəsliklər açdırmışıq ki, qaz yığılmasın. Bütün kommunikasiya, kanalizasiya xətləri yoxlanıb. Bütün bunlar ciddi nəzarətdədir. Bu gün 1100 evin köçürülməsindən söhbət gedə bilməz, bu, elə də asan məsələ deyil. Gördüyümüz tədbirlərdən sonra o evlərin köçürülməsinə ehtiyac yoxdur. Biz daim yoxlama aparırıq, qaz yığıntısından partlayış ola bilməz. Onu da deyim ki, bu tədbirlər görülənə qədər ərazidə təcili tibbi yardım maşınları yerləşdirilmişdi, post qoyulmuşdu, eyni zamanda yanğına qarşı tədbirlər görülmüşdü. Görülən tədbirlərdən sonra orada daimi qrup ərazidə gəzir, postları isə götürmüşük. Orada elə bir ciddi problem gözləmirik".

Qeyd edək ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət mərkəzinin direktoru Qurban Yetirmişli Masazırda qır yatağı üzərində təhlükəli zonada tikilən evlər və binaların köçürülməli olduğunu bildirib.

"Şəkidə 7 bal gücündə zəlzələ baş verən qəsəbədə 90-a yaxın ailə yaşayır, 90 ev var. Qəsəbə bələdiyyəsinin, icra nümayəndəsinin də yerləşdiyi uşaq bağçası və 4 ev uçub, digər evlərdə də böyük çatlar yaranıb". Bunu baş nazirin müavini Abid Şərifov deyib.

A. Şərifovun sözlərinə görə, Şəkinin digər kəndlərində də evlərdə çatlar əmələ gəlib, Şəkinin özündə isə bir yaşayış binasının divarı uçub: "Hələ araşdırmalar gedir. Bununla belə, dünən dövlət başçısının göstərişi, Nazirlər Kabinetinin sərəncamı ilə zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ilkin olaraq 2 milyon manat ayrılıb. Yüksək ballıq zəlzələ olmasına baxmayaraq, şükür ki, insan tələfatı, xəsarət alanlar yoxdur".

"Sovetski"nin köçürülməsi asan məsələ deyil. Tutaq ki, 100 il əvvəl kimsə ev tikib, sənədlər 50 kvadratmetr üçündür. Ancaq sonradan orada əlavə yardımçı binalar tikib. Bakıda bu gün maksimum 1 kvadratmetr üçün 1500 manat kompensasiya ödənilir. Amma hamımız bilirik ki, "Sovetski" məhəlləsində evlər nə durumdadır. Əslində vəsait evin vəziyyətinə görə verilməlidir, ancaq tapşırıq verilmişdi ki, evin vəziyyətindən asılı olmayaraq 1 kvadratmetr üçün 1500 manat, yəni maksimum qiymət qoyulsun", Abid Şərifov deyib.

A. Şərifov bildirib ki, problem evlərin qiyməti ilə bağlı deyil, əsas problem "Sovetski"də sökülən və sökülməli olan evlərin 20 faizə qədərinin çox aşağı, yəni 25 kv/m-ə qədər olmasıdır: "İnanılası deyil, amma gözümlə görmüşəm ki, 8-12 kvadratmetr evlərdə bir neçə nəfər, bir ailə yaşayır. 8-20 kvadratmetr evə hər kvadratmetr üçün 1500 manat verilməsi ilə belə o vətəndaş heç nə edə bilməz. Bu, aydın məsələdir. Ona görə də dövlət başçısının bilavasitə göstərişinə uyğun olaraq 2 doqquzmərtəbəli bina müəyyənləşdirildi. "Gənclik" metrostansiyasının yanında 9 mərtəbəli yataqxana vardı, qaçqınlar yaşayırdı. O qaçqınlar başqa yerlərə köçürüldü, bina əsaslı təmir olundu və "Sovetski"də yaşayan 60 ailəyə verildi. Orada 2 otaqlı və 1 otaqlı mənzillər var. İkiotaqlı mənzillər 50 kvadratmetr, bir otaqlı mənzillər 36 kvadratmetrdir, hər bir şərait var. Əvvəlcə bəzi ailələr razılaşmırdı, sonra ərizə ərizə arxasınca gəldi ki, amandır, bizə də oradan mənzil verin". A. Şərifov "Sovetski"də mənzillərinin sahəsi az olan ailələr üçün ikinci 9 mərtəbəli yaşayış binasının keçmiş "Leytenant Şmit" Zavodunun yaxınlığında olduğunu açıqlayıb: "O da 9 mərtəbəli yataqxana idi. Həmin binada əsaslı təmir işləri ilin sonuna qədər bitəcək və ailələrin bir qismi ora köçürüləcək. Sahəsi 8-10 kvadratmetr olan, havasız, rütubətli mənzildə yaşayan ailələr orada 30-50 kvadratmetr sahədə yaşayacaq. Əksəriyyət bunu başa düşür və normal da qəbul edir". Baş nazirin müavini "Sovetski"nin bəzi ərazilərinin müxtəlif problemlər səbəbindən hələ də tam boşalmadığını qeyd edib: "Ona görə də abadlıq işlərinə başlanılmır. Düşünürəm ki, ilin sonuna qədər "Sovetski"nin bir hissəsində abadlıq işlərinə başlanılacaq".

A. Şərifov "Sovetski"də köçürülən evlərin yerində binaların tikiləcəyi barədə yayılan məlumatların da əsassız olduğunu vurğulayıb: "Hansısa binanın tikintisindən söhbət gedə bilməz. "Sovetski"də yalnız park, yaşıllıq və yollar salınacaq".






Fikirlər