Qohum dəfnində iştirak etmək üçün 23 min SMS göndərilib
Qohum dəfnində iştirak etmək üçün icazə məqsədi ilə 8103 nömrəsinə 23 021 SMS göndərilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "ASAN Xidmət"in yaydığı məlumatda bildirilib. Ərzaq və digər tələbatlarla bağlı göndərilən SMS-lərin sayı isə 548 229-dur. 67 202 SMS isə təxirəsalınmaz tibbi zərurətlə bağlıdır.