ROKETSAN T-107 – ermənilərin qorxulu yuxusu – FOTOLAR

 

03_107-mm-arttirilmis-menzilli-topcu-roketiAtəşinin idarə edilməsi mini əl kompüterinin üzərindən həyata keçirilir.
Son bir neçə ayda Azərbaycan Silahlı Qüvvələri cəbhə xəttində təxribatlar törətməyə cəhd edən Ermənistan Ordusuna qarşı Türkiyə istehsalı olan 107 mm-lik reaktiv yaylım atəş sistemlərindən geniş istifadə etməkdədir.
Müdafiə Nazirliyi dəfələrlə Ermənistan Ordusunun cəbhədə atəşkəs rejimini pozarkən iriçaplı silahlardan – 60 və 82 mm-lik minaatanlardan istifadə etdiyini, düşmənə də eyni və daha güclü silahların atəşi ilə qarşılıq verildiyini açıqlayıb.
Ordumuzun istifadə etdiyi və ermənilərin qorxusuna çevrilmiş bu 107 mm-lik sistemlər nədir?

ROKETSAN şirkətinin istehsalı olan 107 mm çaplı reaktiv yaylım atəş sistemləri hazırda Türkiyə, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri daxil olmaqla çox sayda ölkənin silahlanmasında yer alır.

Onu da qeyd edək ki, Azərbaycancan Silahlı Qüvvələri həm Türkiyənin ROKETSAN şirkətinin, həm də MSN müəssisələrində istehsal edilmiş 107 mm-lik reaktiv yaylım atəş sistemlərinə malikdir.
Azərbaycan Ordusunun silahlanmasında yer alan T-107 sistemi hərbi paradda.
ROKETSAN istehsalı olan T-107 adlı reaktiv yaylım atəş sistemləri asan sökülüb-yığıla və daşına bilir. Şirkətin öz rəsmi saytında açıqladığı məlumata görə, T-107 dağ və xüsusi təyinatlı birliklər üçün nəzərdə tutulur. Bu sistemlər eyni zamanda kiçik və manevrli maşınların üzərində (T-107M) qurula bilir. Beləliklə, T-107 əmr verildikdə, qısa müddətə təyin olunmuş əraziyə çıxarılır, düşmənin mövqelərinə atəş zərbəsi endirilir və atışdan sonra qısa müddətdə mövqeyi dəyişdirilir. T-107 kiçik olduğu qədər manevrlidir. Sistem maşınların üzərində, yedəyində, habelə helikopter asmasında daşına, əraziyə paraşütlə atıla bilir.

ROKETSAN istehsalı olan 107 mm-lik reaktiv yaylım atəş sistemlərinin atəşinin idarə edilməsi mini əl kompüterinin üzərindən həyata keçirilir. 12 lüləli T-107-nin boş halda çəkisi 385 kiloqramdır. T-107-lərdə raket buraxılışı 0.5-0.9 saniyə intervalladır.
ROKETSAN istehsalı olan T-107 reaktiv yaylım atəş sistemləri elə bu şirkətin istehsalı olan TR-107 artırılmış mənzilli raketlərlə atəş açır. TR-107 raketlərinin atış mənzili 11 km təşkil edir ki, bu da MDB məkanında geniş yayılmış Rusiya və Ukrayna istehsalı olan raketlərin atış mənzilindən 3-4 km çoxdur. TR-107 raketləri atış mənzilinə, dəqiqliyinə və dağıdıcı gücünə görə öz sinfində ən mükəmməl və dünyada qəbul edilən raketlərdən hesab olunur.
ROKETSAN-ın açıqladığı məlumata görə, TR-107 raketlərində az tüstülü kompozit yanacaq tətbiq edilib. Qəlpə-fuqas döyüş başlığına sahib olan bu raket uzaq məsafədəki kiçik hədəflərə qarşı da effektiv tətbiq oluna bilir. Raketin ağırlığı 19.5 kq, döyüş başlığı 8.4 kq, döyüş başlığının dağıdıcı radiusu isə 14 metrdir.
Ermənilərin nümayiş etdirdikləri TR-107 raketinin qalıqları

(azeridefence)

 






Fikirlər