Bu gün Azərbaycanda 6072 TEST edilib
Bu gün Azərbaycanda 6072 koronavirus testi edilib. “AzerTaym.az" bildirir ki, bu barədə TƏBİB-in bu günə olan statistik məlumatında deyilir. Bununla da ümumi test sayı 220 min 363-ə çatıb. Ümumi yoluxma faktı 2980, ölüm sayı 36, sağalan xəstə sayı 1886, aktiv xəstə sayı isə 1058-dir. Qeyd edək ki, bu günə olan məlumata əsasən 101 nəfər koronavirusa yoluxub, 1 nəfər dünyasını dəyişib.