Bu gün ölkədə aparılan test sayı AÇIQLANDI

Bu gün ölkədə aparılan test sayı açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 9-na olan statistik göstəriciləri açıqlayıb.

"AzerTaym.az" bildirir ki, məlumata əsasən bu gün ölkədə 3487 nəfər aktiv koronavirus xəstəsidir.

Onlardan 136 nəfər reanimasiyada, 20 nəfər isə süni tənəffüs cihazındadır.

Qeyd olunub ki, bu gün 5809 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 349 200 test aparılıb, 4606 sağalıb.

 

Xatırladaq ki, bu gün Azərbaycanda daha 315 nəfər koronavirusa yoluxub, 229 nəfər sağalıb, 5 nəfər isə vəfat edib.






Fikirlər