Koronavirusla mübarizə aparan həkimlərin MAAŞINI KİM KƏSİR? - ŞİKAYƏT...
– təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə – aylıq vəzifə (tarif) maaşının dörd misli məbləğində;– pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə – aylıq vəzifə (tarif) maaşının beş misli məbləğində.Göstərilən müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il martın 1-dən iyunun 1-dək olan müddət üçün ödənilir. Bu arada isə Gununsesi.org-a müraciət edən bir qrup həkim maaşlarının heç də bu qərarda nəzərdə tutulduğu kimi hesablanmadığını deyib.Həftənin 7 gününü işləyən tibb işçiləri bildirir ki, maaşlar hesablananda şənbə-bazar günləri nəzərdə tutulmur. Halbuki, onlar həftənin bütün günü iş başında olurlar: “Cəmi 23 gün 6 saatdan hesablanir. Bu da təxminən 150 saat edir. Halbuki, bu rəqəm 220-240 saat arasindadir. 8 saatlıq nöbvədə olsaq da 6 saat yazırlar, həftənin bazar günlərini nəzərə almırlar. Nəticədə belə hesablama ilə ödənişlərin məbləği xeyli azalır”. Məsələ ilə bağlı Səhiyyə Nazirliyi və TƏBİB-in mövqeyinə yer verməyə hazırıq.