“Belə davam etsə, yumşalmalara gedəcəyik” – Prezidentin köməkçisi

Yoluxanların sayındakı azalma sevindiricidir”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Azərbaycan Prezidentinin köməkçisi deyib ki, bu, ümumilikdə Azərbaycan cəmiyyətinin çəkdiyi əziyyətin nəticəsidir:Bu tendensiya davam etsə, daha çox yumşalmalara gedəcəyik. Bu gün bərbərxanalar da açılıb və mənim də simamda bunun nümunəsini görə bilərsiniz ”.

Ş. Mövsümov qeyd edib ki, tələblərə riayət olunmasa, yoluxmalar yenə artacaq və yenidən sərtləşmələrə getmək məcburiyyəti yaranacaq. /apa/






Fikirlər