Bu gündən bu sahələr fəaliyyət GÖSTƏRƏCƏK
Nazirlər Kabineti Yanında Operativ Qərargahın qərarına əsasən, bu gündən etibarən bəzi səhalərin fəaliyyətinə icazə verilib. Publika.az xəbər verir ki, bunlar aşağıdakılardır: - Qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyəti; - maşın və avadanlıqların istehsalı; - elektrik avadanlıqlarının istehsalı; - kompüter, elektron və optik məhsulların istehsalı; - avtomobil, qoşqu və yarımqoşquların istehsalı; - sair nəqliyyat vasitələrinin istehsalı; - poliqrafiya məhsullarının istehsalı; - zərgərlik məmulatlarının istehsalı; - musiqi alətləri, idman mallarının istehsalı; - geyim istehsalı; - toxuculuq sənayesi; - ayaqqabıların istehsalı; - dəri və dəri məmulatlarının istehsalı; - tütün məmulatlarının istehsalı; - sair sənaye məhsullarının istehsalı.