“Lotu Quli”ni ÖLDÜRƏN ÖZ ADAMI olub...
Xəbər verdiyimiz kimi, azərbaycanlı "qanuni oğru" Nadir Səlifov Türkiyənin Antalya şəhərində qətlə yetirilib. "AzerTaym.az" "qafqazinfo"-ya istinadən xəbər verir ki, onu başından güllələyərək öldürüb hadisə yerindən qaçan şəxs polis tərəfindən saxlanılıb. Qatilin kimliyi ilə bağlı rəsmi məlumat olmasa da, Musavat.com-un yaydığı xəbərdə bildirilir ki, bu şəxs "Lotu Quli"nin öz yaxınlığındakı adam, Xan Əhmədlinski ləqəbli kriminal avtoritetdir. Xan son zamanlar Qulinin öz təşəbbüsü ilə onun yaxın əhatəsinə daxil olub.