“Azərbaycan humanitar dəhlizlərin açılması ilə bağlı erməni əhalisinə müraciət edib”
“Azərbaycan tərəfi döyüş bölgəsində humanitar dəhlizlərin açılması, beynəlxalq humanitar hüququn norma və prinsiplərinin tətbiq edilməsinə hazır olduğunu bəyan edib və erməni əhalisinə müraciət edib”. "AzerTaym.az" bildirir ki, bu sözləri Müdafiə Nazirliyin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə deyib: “Müraciət həyatını qurtarmaq məqsədi ilə könüllü qaydada təslim olmaq istəyən düşmənin hərbi qulluqçularına da şamil edilib. Xatırladaq ki, Azərbaycan ordusunda ictimai-siyasi hazırlıq, hərbi hüquq, habelə, beynəlxalq humanitar hüquq normaları və Cenevrə konvensiyasının müddəaları döyüş hazırlığının tərkib hissəsidir”.