Kaliforniyada GƏNCƏ TERRORUna ETİRAZ - FOTOLAR

Kaliforniyada Gəncə terroruna etiraz

ABŞ-da yaşayan soydaşlarımız Ermənistan ordusunun Azərbaycanın bir sıra şəhər və rayonlarını raket atəşinə tutması nəticəsində mülki şəxslərin və günahsız körpələrin həlak olmasına, yaşayış evləri və mülki obyektlərin dağıdılmasına etiraz olaraq San Fransiskoda Embarcadro Plazanın qarşısında aksiya keçiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, aksiya iştirakçıları cəbhə zonasından uzaqda yerləşən yaşayış məntəqələrini, o cümlədən Gəncə və Mingəçevir şəhərlərini atəşə tutan Ermənistanın faşist siyasətini pisləyib, beynəlxalq ictimaiyyətin diqqətini xüsusilə uşaqların öldürülməsinə cəlb etməyə çalışıblar. Soydaşlarımız Gəncə terrorunun qurbanı olan günahsız uşaqların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbir boyu ABŞ-da yaşayan azərbaycanlıların tikdiyi 27 metr uzunluğunda Azərbaycan bayrağı dalğalandırılıb. Şimali və Cənubi Amerika Mədəniyyət Mərkəzinin təşkil etdiyi aksiyada yüzlərlə soydaşımız, eləcə də ABŞ-dakı türk icmasının nümayəndələri iştirak edib.

Azərbaycan, Türkiyə və ABŞ bayraqlarının dalğalandırıldığı aksiyada Azərbaycanın Dövlət Himni, vətənpərvərlik mahnıları səsləndirilib, “Qarabağ Azərbaycandır!”, “Ermənistanın təcavüzünü dayandırın!”, “Erməni işğalına son!” və s. kimi şüarların yazıldığı plakatlar nümayiş etdirilib.

 









Fikirlər